Oman sahillərində tankerə hücum olub

2026/05/1779509248.jpg
Oxunub: 321     17:22     26 May 2026    
Oman sahillərində tankerə hücum olub, zədələnmə nəticəsində yanacağın bir hissəsi dənizə sızıb.

Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Gəmiçiliyi Əlaqələndirmə Mərkəzi (UKMTO) məlumat yayıb.

“UKMTO-ya Omanın, Muskat şəhərində 60 dəniz mili şərqdə baş vermiş insidentlə bağlı məlumat daxil olub. Tankerin kapitanı xəbər verib ki, su sərhədi yaxınlığında gəminin sol bortunun arxa hissəsində xaricdən partlayış baş verib”,-deyə məlumatda qeyd olunur.

Ekipaj üzvlərinin və gəminin hazırda təhlükəsizlikdə olduğu bildirilsə də, bunker yanacağın bir hissəsinin dənizə axdığı qeyd olunur.

İnsidentlə bağlı araşdırma aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Oman   Tanker  


Bizi "telegram"da izləyin