Ordu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri, hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatlığa namizədləri siyahısına rəhbərlik edən Nikol Paşinyan Kotayk vilayətinin Bureğavan şəhərində seçkiqabağı kampaniya zamanı deyib.
Paşinyan bildirib ki, TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsinin həyata keçirilməsi çərçivəsində Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan sərhədlərinin açılması gözlənilir.
“Bu gün sərhədlərin açılması real hala gələndə müxalifət bunun Ermənistan üçün guya mənfi nəticələr doğuracağını iddia etməyə başlayıb”, - deyə Ermənistan baş naziri bildirib.
O vurğulayıb ki, Ermənistan daxilində bəzi məhsulların hətta müəyyən Avropa ölkələri ilə müqayisədə daha baha olmasının əsas səbəblərindən biri ölkənin nəqliyyat məhdudiyyətləridir.
“Bu məhdudiyyətlər məhsulların maya dəyərinə birbaşa təsir göstərir”, - deyə Paşinyan əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az