Ordu.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibi Marko Rubio ilə görüşünün nəticələrini şərh edərkən deyib.
Mirzoyan bildirib ki, prezident Donald Tramp və baş nazir Nikol Paşinyanın müəyyən etdiyi tərəfdaşlığı həyata keçirmək üçün bütün səylər göstəriləcək.
“Əminəm ki, biz bu tərəfdaşlığı addım-addım həyata keçirmək üçün bütün səyləri göstərəcəyik”, - deyə Ermənistan XİN rəhbəri bildirib.
Onun sözlərinə görə, bu əməkdaşlıq həm Ermənistan və ABŞ, həm də regionun digər ölkələri üçün faydalı ola bilər.
Mirzoyan qeyd edib ki, söhbət xüsusilə konstruktiv və əməkdaşlıq ruhunda ikitərəfli layihələrə qoşulacaq ölkələrdən gedir.
“Biz sizinlə yeni görüşləri, əməkdaşlığın yeni perspektivlərini və istər İrəvanda, Vaşinqtonda, istərsə də dünyanın istənilən başqa nöqtəsində yeni təmasları səbirsizliklə gözləyirik”, - deyə Mirzoyan əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az