Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
İlkin məlumata görə, hadisə bir qrup şəxs arasında məişət zəminində yaranmış mübahisə nəticəsində baş verib.
Mübahisə zamanı iştirakçılardan biri 63 yaşlı qadına bıçaqla xəsarət yetirib. Bundan sonra qadının oğlu öz adına qeydiyyatda olan ov tüfəngi ilə atəş açıb. Nəticədə 3 nəfər ölüb.
Hadisədən sonra Norapat kəndinin 38 yaşlı sakini olan silahlı şəxs Ermənistanın Armavir polis şöbəsinə gedərək törətdiyi əməli etiraf edib və silahı hüquq-mühafizə orqanlarına təhvil verib. Hazırda hadisənin bütün detalları araşdırılır.
Alpər Mövludoğlu
Ordu.az