Ordu.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy bildirib.
Tolstoy qeyd edib ki, Ermənistan vətəndaşlarının Rusiyada uzun müddət qeydiyyatsız yaşamaq və sadələşdirilmiş qaydada işləmək kimi imtiyazları Moskva ilə İrəvan arasındakı strateji müttəfiqlik münasibətlərinə əsaslanır.
“Əgər bu status mövcud olmasa və ya Ermənistanın siyasi rəhbərliyinin təşəbbüsü ilə dəyişdirilərsə, həmin güzəştlər də ləğv olunacaq”, - deyə o bildirib.
Onun sözlərinə görə, belə olan halda Ermənistan vətəndaşları digər xarici ölkə vətəndaşları kimi ümumi miqrasiya qaydalarına tabe olacaqlar.
Tolstoy, eyni zamanda, Nikol Paşinyanın siyasi komandasının anti-Rusiya hücumlarından təəssüf hissi keçirdiklərini də vurğulayıb.
“Əminəm ki, bu, erməni seçicilərinin gözündə onlara əlavə xal qazandırmayacaq. Biz ikitərəfli münasibətlərin belə istiqamətdə inkişaf etməsini istəməzdik”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az