“Ermənistanın AİB-dəki üstünlükləri asanlıqla yox ola bilər” - Tolstoy

2026/05/1779800897.jpg
Oxunub: 381     17:06     26 May 2026    
“Moskva anti-Rusiya addımlarını cavabsız qoymayacaq”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy “Ermənistan Rusiyasız və Rusiya Ermənistansız: səbəblər, nəticələr və fəsadlar” mövzusunda keçirilən dəyirmi masada deyib.

Tolstoy bildirib ki, İrəvanın anti-Rusiya bəyanatları, rus dilinə qarşı təzyiqlər və Rusiyanın düşmənləri ilə yaxınlaşması Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlükdən əldə etdiyi üstünlükləri itirməsinə səbəb ola bilər.

“Ermənistanın istifadə etdiyi və hazırkı rəhbərliyin daxili siyasətdə də faydalandığı Avrasiya İqtisadi Birliyi üstünlükləri çox asanlıqla yox ola bilər”, - deyə o bildirib.

Tolstoy vurğulayıb ki, Rusiyaya qarşı bəyanatlar, rus dilinin sıxışdırılması, sərt anti-Rusiya çıxışları və Vladimir Zelenski ilə “isti qucaqlaşmalar” Moskva tərəfindən cavabsız qalmayacaq.

Rusiya parlamentinin vitse-spikeri qeyd edib ki, Moskva Rusiyasız yaşaya biləcəyini düşünən erməni siyasətçilərini “ağıla gətirmək” üçün ardıcıl tədbirlər görəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tolstoy   Ermənistan   AİB  


Bizi "telegram"da izləyin