ABŞ və Ermənistan regionda əməkdaşlığa dair sənədlər paketi imzalayıblar

2026/04/1775888747.jpg
Oxunub: 349     16:27     26 May 2026    
ABŞ və Ermənistan Strateji Əməkdaşlıq Xartiyasını və daha 2 sənədi imzalayıblar.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, həmçinin Ermənistanla ABŞ arasında TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsi çərçivəsində strateji tərəfdaşlığa dair çərçivə sazişi və iki ölkə arasında mineral və nadir qazıntıların tədarükünün təmin edilməsinə dair çərçivə planı imzalanıb.

Qeyd edilir ki, sənədləri İrəvanda ABŞ-nin dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan imzalayıblar.

Xatırladaq ki, hazırda dövlət katibi Rubio Ermənistanda səfərdədir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin