Ordu.az xəbər verir ki, bu barədə “Fars” agentliyi mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, İran nümayəndə heyətinin üzvləri Qətərə səfərləri zamanı əvvəllər dondurulmuş vəsaitlərə çıxış mexanizmi ilə bağlı yaranmış fikir ayrılıqlarını aradan qaldırmağa çalışırlar.
Bundan əvvəl “Tasnim” agentliyi Tehran və Vaşinqton arasında mümkün sülh sazişi çərçivəsində İranın təxminən 24 milyard dollar həcmində aktivlərinin dondurulmuş vəziyyətdən çıxarıla biləcəyini bildirmişdi.
Sevinc Əliyeva
Ordu.az