ABŞ dövlət katibi Ermənistana səfər edib

2026/05/1779796930.jpg
Oxunub: 475     15:44     26 May 2026    
ABŞ dövlət katibi Marko Rubio Ermənistana səfər edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüş, Anlaşma Memorandumunun birgə imzalanması və brifinq nəzərdə tutulub.

Qeyd olunub ki, Rubio İrəvanda cəmi bir neçə saat olacaq.

ABŞ dövlət katibi Yeni Dehlidən Vaşinqtona qayıdarkən işgüzar səfər çərçivəsində Ermənistana gəlib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin