İranda internetə çıxış bərpa olunacaq

2026/05/1779793948.jpg
Oxunub: 373     15:09     26 May 2026    
İran hakimiyyəti ölkədə internetə çıxışın bərpa ediləcəyini təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Fatimə Mühacirani “X” sosial şəbəkəsində paylaşım edib.

“Kiberməkanın tənzimlənməsi üzrə xüsusi qərargah internetin bərpası barədə qərar qəbul edib. İran Prezidenti bununla bağlı müvafiq göstəriş verib”, - deyə o bildirib.

“Fars” agentliyi bir gün əvvəl İranın Rabitə Nazirliyindəki mənbəyə istinadən xəbər vermişdi ki, Prezident Məsud Pezeşkian internetin bərpası və onun 2025-ci ilin dekabrının sonu, 2026-cı ilin yanvarının əvvəlində baş vermiş hadisələrdən əvvəlki vəziyyətə qaytarılması barədə qərar qəbul edib.

İranda etiraz aksiyaları 2025-ci ilin dekabr ayının sonunda milli valyutanın dəyərdən düşməsi səbəbilə başlamış, sonradan isə iğtişaşlara və hakimiyyət əleyhinə aksiyalara çevrilmişdi.

Həmin dövrdə ölkədə internet fəaliyyəti dayandırılmışdı. Yanvarın ortalarında hakimiyyət vəziyyətin nəzarət altına alındığını açıqladıqdan sonra internet mərhələli şəkildə bərpa edilməyə başlanmışdı.

Lakin fevralın 28-də ABŞ və İsrailin İrana hücumundan sonra beynəlxalq şəbəkəyə çıxış yenidən məhdudlaşdırılmışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İnternet  


Bizi "telegram"da izləyin