Paşinyan: “Xaricilərin Ermənistanı başqa xaricilərə qarşı istifadə etməsinə imkan verməməliyik”

2026/05/1779707462.jpg
Oxunub: 420     15:04     26 May 2026    
“Biz öz taleyimizi başqalarının əlinə verə bilmərik”.

Ordu.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri, hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatlığa namizədləri siyahısına rəhbərlik edən Nikol Paşinyan Kotayk vilayətinin inzibati mərkəzi olan Razdan şəhərində seçkiqabağı kampaniya zamanı deyib.

Paşinyanın sözlərinə görə, Ermənistan yeni minilliyə keçmişdən nəticə çıxararaq baxmalıdır.

“Keçmişin ən əsas dərsi ondan ibarətdir ki, biz xaricilərin bizi başqa xaricilərə qarşı istifadə etməsinə imkan veririk və nəticədə bizi bir kənara ataraq müdafiəsiz qoyurlar”, - deyə Paşinyan bildirib.

O əlavə edib ki, Ermənistan öz gücündən yalnız öz təhlükəsizliyinin, dövlətinin, rifahının və azadlığının qorunması üçün istifadə etməlidir.

Paşinyan, eyni zamanda, müxalifətin sülh təminatçılarına ehtiyac olduğu barədə fikri ilə razılaşmadığını bildirib.

Onun fikrincə, bu yanaşma ölkənin taleyini başqalarının əlinə vermək deməkdir.

“Biz öz taleyimizi çətinliklə də olsa əlimizə almışıq və bu sükanı əldən verə bilmərik”, - deyə Ermənistan baş naziri vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin