NBC: Kaliforniyada zəhərli maddə ilə bağlı partlayış təhlükəsinin qarşısı alınıb

2026/05/1779791567.jpg
Oxunub: 339     14:32     26 May 2026    
ABŞ-nin Kaliforniya ştatının Los-Anceles metropoliten ərazisində zəhərli kimyəvi maddə ilə dolu konteynerin partlaması təhlükəsi aradan qaldırılıb.

Ordu.az xəbər verir ki, bu barədə “NBC News” telekanalı yerli hakimiyyətə istinadən məlumat yayıb.

Təhlükənin aradan qaldırılmasından sonra təxliyə edilən sakinlərin böyük hissəsinə evlərinə qayıtmağa icazə verilib.

Ümumilikdə, 60 min nəfərin təxliyəsi barədə qərar verilib, onlardan 16 min nəfər üçün bu qərar hələ də qüvvədədir. Məlumata görə, həmin şəxslərlə bağlı qərar çərşənbə axşamı veriləcək.

Bundan əvvəl Kaliforniya hakimiyyəti “GKN Aerospace Transparency” şirkətinə məxsus konteynerdən zəhərli kimyəvi maddənin sızması və ya partlaması təhlükəsi səbəbindən on minlərlə insanı təxliyə etmişdi.

Ştat qubernatoru Qevin Nyusom Orinc bölgəsində fövqəladə vəziyyət elan etmişdi.

Yerli xidmətlər mayın 21-dən bəri metilmetakrilatla dolu konteynerin partlamasının qarşısını almağa çalışırdı. Bu, ağciyər problemlərinə səbəb ola bilən tezalışan və zəhərli maddədir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kaliforniya   ABŞ  


Bizi "telegram"da izləyin