“The Times”: İranda münaqişə Britaniya şirkətlərinin 80%-nə mənfi təsir göstərəcək

2026/05/1779791535.jpg
Oxunub: 360     14:31     26 May 2026    
Böyük Britaniya şirkətlərinin əksəriyyəti İrandakı münaqişənin mənfi nəticələrini artıq hiss edir və ya bunu qısa müddətdə gözləyir.

Ordu.az xəbər verir ki, bu barədə “The Times” qəzeti Britaniya Ticarət Palataları Assosiasiyasının hesabatına istinadən məlumat yayıb.

Məlumata görə, sorğuda iştirak edən 800 şirkətin rəhbərliyinin 80%-i belə düşünür. Firmaların 55%-dən çoxu ABŞ-nin və İsrailin İrana endirdiyi zərbələrin nəticələrinin artıq onlara təsir etdiyini bildirib, daha 25% isə gələcəkdə oxşar mənfi təsir gözlədiyini qeyd edib.

Məqalədə yazılır ki, istehsal sektorunda da nikbinlik azdır. Burada şirkətlərin 68%-i artıq Yaxın Şərqdəki hadisələrin nəticələrini hiss edib, daha 23%-i isə bunun yaxın vaxtlarda baş verəcəyini gözləyir.

Şirkətlər mümkün dalğalanmalara, o cümlədən enerji daşıyıcılarının qiymət artımına, tədarük zəncirlərində pozuntulara və materialların bahalaşmasına hazırlaşdıqlarını bildiriblər.

Britaniya Ticarət Palataları Assosiasiyasının ticarət siyasəti şöbəsinin rəhbəri Uilyam Beyni bildirib ki, hətta mövcud atəşkəs münaqişənin yaxın vaxtlarda bitəcəyini göstərsə belə, onun iqtisadi nəticələri hələ uzun aylar hiss olunacaq.

Onun sözlərinə görə, geosiyasi vəziyyət sarsılıb və burada sürətli həll yolu yoxdur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Münaqişə   Britaniya  


Bizi "telegram"da izləyin