Hindistan və ABŞ kritik faydalı qazıntılar üzrə saziş imzalayıb

2026/05/1779791486.jpg
Oxunub: 346     14:28     26 May 2026    
Hindistan və ABŞ hakimiyyətləri kritik faydalı qazıntılar sahəsində əməkdaşlıq sazişi imzalayıb.

Ordu.az xəbər verir ki, sənədin imzalanma mərasimi ABŞ dövlət katibi Marko Rubio və Hindistanın xarici işlər naziri Subramanyam Cayşankarın iştirakı ilə Nyu Delidə keçirilib.

Cayşankar bu barədə açıqlamasında Hindistan və ABŞ arasında kritik faydalı qazıntıların və nadir torpaq elementlərinin tədarükünün etibarlılığını təmin etməyə yönəlmiş ikitərəfli çərçivə sazişi imzaladıqlarını bildirib.

Onun sözlərinə görə, saziş bu sahədə əməkdaşlığı, eləcə də nadir torpaq elementlərinin tədarük zəncirinin bütün mərhələlərini, çıxarılma, emal, utilizasiya və əlaqəli investisiyaları gücləndirmək məqsədi daşıyır.

Cayşankar qeyd edib ki, sənəd sabit və şaxələndirilmiş tədarük zəncirlərinin möhkəmləndirilməsinə, maliyyələşdirmə məsələlərində əməkdaşlığın genişlənməsinə və resursların daha səmərəli idarə olunmasına töhfə verəcək.

Rubio isə vurğulayıb ki, Hindistanın və ABŞ-nin strateji maraqları kritik faydalı qazıntılara, eləcə də innovativ iqtisadiyyat üçün əsas əhəmiyyət daşıyan tədarük zəncirlərinə etibarlı və uzunmüddətli çıxışı tələb edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   ABŞ  


Bizi "telegram"da izləyin