Ordu.az xəbər verir ki, bunu MDB-nin baş katibi Sergey Lebedev “Müstəqil Dövlətlər Birliyinin 35 illiyi: nəticələr, problemlər, perspektivlər” mövzusunda keçirilən dəyirmi masada deyib.
Lebedev bildirib ki, MDB İrəvanın avrointeqrasiya planları ilə bağlı açıqladığı mövqeyi və Ermənistanda Ukrayna məsələsinə dair keçirilmiş Avropa İttifaqı sammitini diqqətdən kənarda qoya bilməz.
“Bu gün biz yaxın zamanda Ermənistanda keçirilmiş Ukrayna məsələsinə dair Avropa İttifaqı sammitini və ölkə rəhbərliyinin Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı mövqeyini diqqətsiz qoya bilmərik”, - deyə o bildirib.
MDB baş katibi vurğulayıb ki, Ermənistan eyni zamanda MDB, KTMT və Avrasiya İqtisadi Birliyinin üzvü olaraq qalır və bu üzvlüyün üstünlüklərindən istifadə edir.
Alpər Mövludoğlu
Ordu.az