Xocalıya daha 9 ailə qayıdıb, mənzillərinin açarları təqdim olunub - FOTOLAR

2026/05/1779790345.jpg
Oxunub: 371     14:08     26 May 2026    
Xocalı rayonuna mayın 26-da növbəti köç olub.

Bu barədə Ordu.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, bu gün rayonun 5 kəndinə ümumilikdə 29 nəfərdən ibarət 9 ailə qayıdıb. Köç edən sakinlərə yeni mənzillərinin açarları təqdim olunub.

Köç prosesi çərçivəsində Xanabad kəndinə iki ailə olmaqla doqquz nəfər, Badara kəndinə iki ailə olmaqla dörd nəfər, Ballıca kəndinə bir ailə olmaqla bir nəfər, Təzəbinə kəndinə bir ailə olmaqla üç nəfər, Xanyurdu kəndinə isə üç ailə olmaqla 12 nəfər köçürülüb.

Sakinlər tam bərpa olunan və müasir infrastrukturla təmin edilən evlərində məskunlaşıblar. Köçürülən ailələr dövlətin yaratdığı şəraitdən məmnunluqlarını ifadə edərək, doğma yurdlarına qayıtmağın sevincini yaşadıqlarını bildiriblər.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xocalı   Mənzil  


Bizi "telegram"da izləyin