İran ABŞ-dən 24 milyard dollarlıq aktivlərinin blokdan çıxarılmasını tələb edəcək

2026/04/1777437793.jpg
Oxunub: 321     14:03     26 May 2026    
İran ABŞ-dən 24 milyard dollar məbləğində aktivlərinin blokdan çıxarılmasını tələb etmək niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.

Bu məsələ İran tərəfinin Yaxın Şərqdəki münaqişənin nizamlanmasına dair irəli sürdüyü təkliflərin bəndlərindən biridir.

Mənbənin məlumatına görə, Tehran bu məbləğin 12 milyard dollarının anlaşma memorandumu imzalandıqdan sonra, qalan hissəsinin isə 60 gün ərzində blokdan çıxarılmasını tələb edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin