Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib

2026/03/1773740307.jpg
Oxunub: 439     13:48     26 May 2026    
Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı 28 May - Müstəqillik Günü, o cümlədən Qurban bayramı münasibətilə təbrik edib.

Ordu.az-ın xəbərinə görə, Milli Məclisin sədri Sahibə Qafarova bununla bağlı parlamentin bu gün keçirilən plenar iclasında məlumat verib.

O, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktubu göndərilməsini təklif edib.

Deputatlar sədrin bu təklifini alqışlarla qarşılayıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Milli-Məclis   İlham-Əliyev   Mehriban-Əliyeva  


Bizi "telegram"da izləyin