Ordu.az xəbər verir ki, bunu Tovuz rayonunun Qoşa kənd sakini, mina qurbanı Tamam Cəfərova "Mina qurbanları üçün iqtisadi imkanların yaradılması-Faza 3" layihəsinin yekunlarına dair mətbuat konfransında deyib.
O, gəncliyinin ən gözəl çağında mina partlayışının qurbanı olduğunu bildirib:
"Tovuzun Qoşa kəndində doğulmuşam. Heyvan otararkən gəncliyimin ən gözəl çağında minaya düşmüşəm. Hazırda dərzilik fəaliyyəti ilə məşğulam. Layihə çərçivəsində mənə naxışvurma aparatı təqdim olunub. Bu dəstək peşə fəaliyyətimi genişləndirməyə imkan yaradıb".
T.Cəfərova Azərbaycanın dünyada minalarla ən çox çirklənmiş ölkələrdən biri olduğunu vurğulayaraq vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa və təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb:
"Kim minadan yayına biləcəyini düşünürsə, ciddi şəkildə yanılır. Mina böyük bəladır, onun üzərinə getmək olmaz".
Ordu.az