Zərərçəkən: "Minalardan tam təmizlənməmiş ərazilərə girmək həyati təhlükə yaradır"

2026/05/Ekran-1779787206.jpg
Oxunub: 261     12:42     26 May 2026    
Minalardan tam təmizlənməmiş ərazilərə girmək həyati təhlükə yaradır.

Ordu.az xəbər verir ki, bunu mina qurbanlarından biri olan Arif Quliyev "Mina qurbanları üçün iqtisadi imkanların yaradılması-Faza 3" layihəsinin yekunlarına dair mətbuat konfransında deyib.

O, vətəndaşlara müraciət edərək təhlükəli ərazilərdən uzaq durmağın vacibliyini söyləyib:

"Minalardan tam təmizlənməmiş ərazilərə daxil olmayın! Təhlükəsizlik qaydalarına əməl etmək hər kəs üçün həyati əhəmiyyət daşıyır".

A.Quliyev xatırladıb ki, 2021-ci ildə Ağdam rayonu ərazisində təsərrüfat işləri ilə məşğul olarkən mina partlayışının qurbanı olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zərərçəkən   Mina   Azərbaycan  


Bizi "telegram"da izləyin