Ordu.az xəbər verir ki, bunu keçmiş polis əməkdaşı İlham Salmanov "Mina qurbanları üçün iqtisadi imkanların yaradılması-Faza 3" layihəsinin yekunlarına dair mətbuat konfransında deyib.
O, nə vaxtsa minaya düşəcəyinə inanmadığını, lakin bir gün belə bir aqibətlə üzləşdiyini bildirib:
"Mən mina partlayışı nəticəsində sağ ayağımın üçdəbir hissəsini itirmişəm. İcra olunan bu layihə çərçivəsində mənə beş baş qoyun verilib".
Keçmiş polis əməkdaşı insanların mina təhlükəsi ilə bağlı xəbərdarlıqlara ciddi yanaşmalarının vacibliyini vurğulayıb:
"Mina gözəgörünməz düşməndir. Heç kim xəbərdarlıqları gözardı etməsin. Mina təhlükəsi hələ də mövcuddur və hər bir insan bu məsələdə son dərəcə ehtiyatlı olmalıdır".
Ordu.az