Ordu.az xəbər verir ki, bununla da ölkənin C295 platformalarından ibarət parkı beş təyyarəyə çatdırılacaq.
2016-cı ildən etibarən Tailand Quru Qoşunlarının inventarında yük və şəxsi heyətin daşınması məqsədilə istifadə olunan üç ədəd C295 mövcuddur.
Yeni sifariş edilən iki təyyarənin isə Tailand Hərbi Hava Qüvvələrinin “Fitsanulok” Hava Bazasında yerləşən 46-cı Qanad Komandanlığı tərəfindən istismar ediləcəyi açıqlanıb.
Məlumata görə, yeni platformaların ilk təhvilinin İspaniyanın Sevilya şəhərində yerləşən “Airbus Defence and Space” müəssisəsində aparılacaq montaj prosesindən sonra 2029-cu ilin ilk yarısında həyata keçirilməsi planlaşdırılır.
“Airbus” şirkəti həmçinin C295 parkının texniki xidmət və istismar fəaliyyətlərini dəstəkləmək məqsədilə “Thai Aviation Industries” ilə əməkdaşlıq qurub.
Qeyd edək ki, “Airbus” tərəfindən hazırlanan C295 orta mənzilli, iki turboprop taktiki hərbi nəqliyyat təyyarəsidir. Platforma 70 nəfər şəxsi heyət və ya 8 min kiloqram faydalı yük daşıya bilir.
Təyyarə 482 kilometr/saat maksimal sürətə çata bilir və 13 saata qədər havada qala bilir.
Sevinc Əliyeva
Ordu.az