Ordu.az xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.
Məlumata görə, qurum rəsmi şəkildə rəhbərinin BƏƏ-yə səfərini və fələstinli nümayəndə ilə görüşünü nə təsdiqləyib, nə də təkzib edib.
Bundan əvvəl “The Wall Street Journal” qəzeti yazıb ki, ABŞ, İsrail və ərəb ölkələri hazırda BƏƏ-də yaşayan Dahlanı bütün tərəflər üçün qəbul edilə biləcək kompromis fiqur kimi nəzərdən keçirirlər.
Qeyd olunub ki, münaqişə başa çatdıqdan sonra onun Qəzza zolağına rəhbərlik edə biləcəyi ehtimal edilir.
Sevinc Əliyeva
Ordu.az