Ordu.az xəbər verir ki, bu barədə fövqəladə hallar qərargahının məlumatında bildirilib.
Məlumata görə, hücum nəticəsində azı 14 nəfər həlak olub.
“Düşmən təyyarələri şəhərin özünə və ətrafına bir neçə zərbə endirib. Xilasedicilər dağıntıların təmizlənməsini davam etdirir, ölənlərin sayı arta bilər”, - deyə məlumatda qeyd olunub.
Livanın cənubunda isə İsrail aviasiyası səhər saatlarından etibarən Deyr Zəhrani, Qautariya əl-Ruz, Qafra, Məcdəl Silm və Serifa yaşayış məntəqələrinə hücumlar həyata keçirib.
Həmin ərazilərdə ölən və yaralananlarla bağlı hələlik məlumat verilməyib.
Sevinc Əliyeva
Ordu.az