Ordu.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Operativ Qərargahının rəsmi nümayəndəsi İbrahim Zülfüqari “X” sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, nəticədə bir barel neftin qiyməti 200 dollara çata bilər.
“ABŞ hökuməti dəfələrlə göstərib ki, yalnız güc dilini anlayır. Bir bareli 200 dollar olan neftə hazır olun”, - deyə Zülfüqari bildirib.
O qeyd edib ki, ABŞ bölgədə hərbi əməliyyatları davam etdirdiyi müddətdə diplomatik razılaşmadan söhbət gedə bilməz.
Sevinc Əliyeva
Ordu.az