Ordu.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
SEPAH açıqlamasında ABŞ tərəfini bölgədə “avantürist fəaliyyətləri” davam etdirməkdə və Fars körfəzi ətrafında İranın hava məkanına müdaxilə etməkdə ittiham edib.
SEPAH qeyd edib ki, hava hücumundan müdafiə sistemləri işə salınıb və ABŞ-yə məxsus MQ-9 pilotsuz uçuş aparatı vurulub. Bundan əlavə, F-35 qırıcısı və RQ-4 pilotsuz uçuş aparatı İran hava məkanını tərk etməyə məcbur edilib.
Sevinc Əliyeva
Ordu.az