“YAŞAT” Fondu “Hədiyyə karvanı” layihəsini reallaşdırır - FOTOLAR

2026/05/17797-12458491920.jpg
Oxunub: 406     12:08     26 May 2026    
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “YAŞAT” Fondu tərəfindən “Hədiyyə karvanı” layihəsi həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Ordu.az-a verilən məlumata görə, layihə "NEQSOL Holding"in, “Bakcell”in və “Norm” ASC-nin sponsorluğu, eləcə də “Azərsun Holdinq”in dəstəyi ilə gerçəkləşdirilir.

Respublikanın bütün regionlarını əhatə etməklə, 14 yaşadək olan 1600-dən artıq şəhid övladına bayram münasibətilə hədiyyələr təqdim ediləcək.

Hədiyyələrin bölgələrə çatdırılması prosesində AZAL, Abşeron Logistika Mərkəzi, 166 Yükdaşıma və Logistika, AMO Transport və 189 Logistika tərəfindən dəstək təmin olunur.

Hazırda hədiyyə qutularının şəhid ailələrinə çatdırılması prosesi davam edir.

“YAŞAT” Fondu layihənin icrasında göstərilən dəstəyə görə tərəfdaş qurumlara və aidiyyəti icra hakimiyyəti orqanlarına təşəkkürünü bildirir.







Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: YAŞAT   Fond   Hədiyyə-karvanı  


Bizi "telegram"da izləyin