"ABŞ-nin regiondakı hərbi bazalarının artıq təhlükəsiz məkanı yoxdur" - Xameneyi

2026/05/1779169809.jpg
Oxunub: 331     11:37     26 May 2026    
İran bütün ölkələri və müsəlman dövlətləri dostluğa və yaxşılığa dəvət edir ki, bir-birləri ilə əməkdaşlıqla inkişaf yolunda və məsələlərin həllində birlikdə addım ata bilsinlər.

Ordu.az-ın məlumatına görə, bunu İranın Ali Lideri Seyid Müctəba Xameneyi bu gün Həcc ziyarətçilərinə ünvanladığı müraciətdə bildirib.

Onun sözlərinə görə, region dövlətlərinin və xalqlarının çoxlu sayda potensialı və ortaq mənafeyi vardır. Bu potensial və ortaq mənafe region və dünyanın gələcəyində yeni nizamı formalaşdıracaq.

“ABŞ-nin regiondakı hərbi bazalarının artıq təhlükəsiz məkanı yoxdur və əvvəlki vəziyyətindən daha da uzaqlaşmaqdadır”, - deyə o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xameneyi   İran  


Bizi "telegram"da izləyin