İran ordusu ABŞ-nin yeni hücumuna cavab veriləcəyi barədə xəbərdarlıq edib

2026/05/1779781069.jpg
Oxunub: 342     11:36     26 May 2026    
İran ordusu ABŞ tərəfindən həyata keçiriləcək istənilən yeni hücumun cavabsız qalmayacağını bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

İran Silahlı Qüvvələrinin yüksəkvəzifəli nümayəndəsi Əbülfəzl Şəkərçi bildirib ki, İrana qarşı yönələn hər bir yeni təcavüz “qat-qat daha sərt” cavabla qarşılanacaq və bu cavab region sərhədlərindən kənara çıxacaq.

Onun sözlərinə görə, müharibənin eskalasiyası halında İranın zərbələri əvvəlkilərlə müqayisədə daha genişmiqyaslı və daha sərt olacaq.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının nümayəndəsi kapitan Tim Houkins isə bildirib ki, ABŞ ordusu özünümüdafiə çərçivəsində İran qüvvələrindən gələn təhdidlərdən qoşunları qorumaq üçün zərbələr endirib.

Onun sözlərinə görə, hədəflər sırasında mina yerləşdirən zenit-raket qurğuları və İran katerləri olub.

“Mərkəzi Komandanlıq qüvvələrimizi qorumağa davam edir və eyni zamanda mövcud atəşkəs şəraitində təmkin nümayiş etdirir”, - deyə Houkins bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin