Ordu.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, daha 62 nəfər yaralanaraq xəstəxanalara yerləşdirilib.
“Müharibənin martın 2-dən başlayan eskalasiyasından bu yana ölənlərin ümumi sayı 3185 nəfərə, yaralananların sayı isə 9633 nəfərə çatıb”, - deyə nazirliyin “X” sosial şəbəkəsində yayımladığı məlumatda bildirilib.
Səhiyyə Nazirliyi əlavə edib ki, bombardmana məruz qalan cənubdakı Nəbatiyyə vilayətində və Bəkaa vadisində xilasedici qruplar dağıntıların təmizlənməsi işlərini davam etdirirlər.
Bu səbəbdən ölən və yaralananların sayının artacağı istisna edilmir.
Sevinc Əliyeva
Ordu.az