“Qərb MDB ölkələrini daxildən parçalamaq istəyir” - Bortnikov

2026/05/1779780995.jpg
Oxunub: 366     11:28     26 May 2026    
“Qərb MDB-də inteqrasiya proseslərini bloklamağa və Birlik ölkələrini daxildən parçalamağa çalışır”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov MDB ölkələrinin təhlükəsizlik orqanları və xüsusi xidmət rəhbərləri şurasının 58-ci iclasında çıxışı zamanı bildirib.

“Qərb inteqrasiya proseslərini bloklamağa, MDB ölkələrinin təməlini daxildən sarsıtmağa, xalqları ümumi tarixi unutmağa məcbur etməyə, onları bir-birinə qarşı qoymağa və burada öz hökmranlığını qurmağa çalışır”, - deyə Bortnikov bildirib.

Federal Təhlükəsizlik Xidmətinin rəhbəri vurğulayıb ki, məhz buna görə vəziyyəti obyektiv qiymətləndirmək və MDB dövlətlərinin maraqlarını birgə qorumaq son dərəcə vacibdir.

Onun sözlərinə görə, bu ölkələr bir-biri ilə istənilən xarici oyunçu ilə olan münasibətlərdən daha güclü şəkildə bağlıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qərb   MDB   Bortnikov  


Bizi "telegram"da izləyin