BƏƏ hesab edir ki, Aİ Hörmüz boğazının təhlükəsizliyində daha fəal rol almalıdır

2026/05/1779734928.jpg
Oxunub: 323     11:25     26 May 2026    
Avropa İttifaqı ölkələri Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin olunması əməliyyatlarında “münaqişədən sonrakı mərhələdə deyil, qabaqlayıcı şəkildə” iştirak etməlidir.

Ordu.az xəbər verir ki, bu barədə BƏƏ prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş bildirib.

O, Avropa ictimaiyyətini “konkret addımlar atmağa” çağırıb.

Qarqaş “Politico” nəşrinə açıqlamasında bildirib ki, Avropa kollektiv dəniz təhlükəsizliyinin təmin edilməsinə, həmçinin boğaz vasitəsilə enerji daşıyıcıları və gübrələrin fasiləsiz daşınmasına qoşulmalıdır.

“Bu məsələ birbaşa onların öz maraqlarına aiddir”, - deyə o vurğulayıb.

Qarqaş Avropa İttifaqını münaqişənin bitməsini gözləməməyə və “tez hərəkət etməyə” çağırıb.

Bundan əlavə, o qeyd edib ki, BƏƏ ilə Avropa İttifaqı ölkələri arasında ticarət, texnologiya və müdafiə sahələrində “daha sıx əməkdaşlıq üçün böyük potensial” mövcuddur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BƏƏ     Hörmüz  


Bizi "telegram"da izləyin