"Yaxın Şərqdəki boğazlar açıq qalacaq" - Rubio

2026/05/1779697253.jpg
Oxunub: 365     11:04     26 May 2026    
Yaxın Şərqdəki boğazlar nəyin bahasına olursa olsun, açıq qalacaq.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio amerikalı hərbçilərin İran obyektlərinə endirdiyi zərbələri şərh edərkən bildirib.

“Boğazlar açıq olmalıdır və bu, təmin ediləcək”,- deyə ABŞ diplomatiyasının rəhbəri vurğulayıb.

O əlavə edib ki, Tehranla mümkün razılaşmanın detalları üzrə danışıqların yekunlaşdırılması daha bir neçə gün çəkə bilər.

Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Kommandanlığı (CENTCOM) İranın cənubuna zərbələrin endirildiyini təsdiqləyib. Komandanlığın nümayəndəsinin sözlərinə görə, bu addımlar amerikalı hərbi qulluqçuların İran Silahlı Qüvvələrindən qaynaqlanan təhdidlərdən qorunması məqsədilə özünümüdafiə çərçivəsində atılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubio   ABŞ   Yaxın-Şərq  


Bizi "telegram"da izləyin