Ordu.az xəbər verir ki, bu barədə erməni türkşünas Varujan Geğamyan paylaşım edib.
Geğamyan qeyd edib ki, Nikol Paşinyana dəstək ifadə edən növbəti türkiyəli diplomat Türk Dövlətləri Təşkilatının qurucu katibi Halil Akıncı olub.
“Halil Akıncı “Cumhuriyet” qəzetinə müsahibəsində Ermənistan-Türkiyə sərhədinin açılması məsələsinə toxunub. “Ermənistanda baş nazirliyə namizəd olan şəxslər arasında Paşinyandan başqa konstitusiyanı dəyişdirməyi öhdəsinə götürən və bu məsələdə diaspora ilə kilsəyə qarşı çıxmaqdan çəkinməyən başqa siyasətçi varmı?” - deyə Akıncı bildirib.
O qeyd edib ki, Azərbaycan-Ermənistan razılaşmasının ilkin imzalanması baş tutub və Zəngəzur dəhlizinin mümkün qədər tez açılması barədə qərar qəbul edilib. “Əgər belədirsə, sərhəd keçid məntəqəsinin Ermənistan seçkilərindən əvvəl açılıb Paşinyana dəstək göstərilməsinin nə zərəri var?” - deyə Akıncı sual verib.
Türkiyənin sərhədi niyə açmayacağı barədə əvvəllər izah vermişəm. Bu cür açıqlamaların Ermənistan hakimiyyətindən və onları dəstəkləyən dairələrdən Rusiyanın maraqlarına uyğun bəyanatlar qədər sərt reaksiya alıb-almayacağı maraq doğurur”, - deyə erməni ekspert qeyd edib.
Geğamyan vurğulayıb ki, bu halda söhbət təkcə jurnalistlərdən deyil, Türkiyənin siyasi dairələrində müəyyən təsir imkanlarına malik keçmiş dövlət rəsmilərindən gedir.
Alpər Mövludoğlu
Ordu.az