Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Ermənistan Daxili İşlər Nazirliyinin Patrul Xidmətinin Kotayk vilayəti üzrə 2-ci taborunun əməkdaşlarının operativ müdaxiləsi nəticəsində İrəvan-Aştarak avtomobil yolunda yaranan uzun tıxacın qarşısı alınıb.
Məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin keçmiş binasının yaxınlığında 3 nəqliyyat vasitəsi toqquşub. Sürücülər sığorta şirkətlərinin nümayəndələrinin gəlməsini gözlədikləri üçün hərəkət dayanıb və tıxac Araqatsotn vilayətinə qədər uzanıb.
Sonda patrul əməkdaşları hadisəni rəsmiləşdiriblər və bundan sonra nəqliyyatın hərəkəti bərpa olunub.
Bildirilir ki, sürücülər öz icbari avtomobil sığortası şirkətləri ilə əlaqə saxlayıblar. Onlara əvvəlcə “gələcəyik, avtomobilləri yerindən tərpətməyin”, daha sonra isə “biz gəlməyəcəyik, şəkilləri çəkib göndərin” cavabı verilib.
Alpər Mövludoğlu
Ordu.az