Ordu.az xəbər verir ki, bu barədə Bortnikov MDB ölkələrinin təhlükəsizlik orqanları və xüsusi xidmət rəhbərləri şurasının 58-ci iclasında çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, müvafiq biolaboratoriyalar MDB ölkələrində də fəaliyyət göstərir.
Bortnikov qeyd edib ki, bioloji sahədə MDB ölkələrini təhdid edən risklər, xüsusilə qəsdən müəyyən xüsusiyyətlərlə yaradılmış təhlükəli yoluxucu xəstəliklərin yayılması ehtimalı hələ də aktuallığını qoruyur.
“NATO Asiya-Sakit okean regionunda, Afrikada və Latın Amerikasında hədəfli təsirə malik bioloji silahların yaradılması üzrə uzunmüddətli proqram həyata keçirməyə davam edir. Biolaboratoriyalar MDB ölkələrində də fəaliyyət göstərir”, - deyə Federal Təhlükəsizlik Xidmətinin rəhbəri bildirib.
O qeyd edib ki, bu müəssisələrdən patogen sızması ilə bağlı insidentlər və sahə sınaqları təbii səbəblər adı altında gizlədilir.
“Silahlı qüvvələrimiz Ukraynada xüsusi hərbi əməliyyat zamanı belə fəaliyyətin çoxsaylı sübutlarını aşkar edib”, - deyə Bortnikov vurğulayıb.
Onun sözlərinə görə, bioloji silahların gizli, hədəfli və əvvəlcədən planlaşdırılmış təsir təhlükəsi açıq şəkildə görünür.
“Əminəm ki, burada iştirak edənlər anlayırlar ki, onun mümkün tətbiq mənbələri, miqyası və istiqaməti Birliyin sərhədlərindən uzaqda müəyyən ediləcək. Xüsusilə də süni zəka texnologiyalarının inkişafının bioloji terrorizm risklərini artırdığını nəzərə alsaq”, - deyə Bortnikov bildirib.
Federal Təhlükəsizlik Xidmətinin direktoru bu təhdidin son dərəcə ciddi olduğunu vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az