Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
Nəşrin mənbələrinin məlumatına görə, “Hayastan” bloku geniş koalisiya yaratmaq yolu ilə gələcək hökumətin tərkibini formalaşdırmağı planlaşdırır.
“Nazir postlarının müxtəlif siyasi qüvvələrə, o cümlədən parlamentdənkənar partiyalara təklif ediləcəyi nəzərdə tutulur. Bundan əlavə, mənbələrin iddiasına görə, Robert Köçəryan xaricdə yaşayan ermənilərdən ibarət xüsusi siyahı hazırlayıb”, - deyə nəşr vurğulayıb.
Müəllif bildirib ki, həmin şəxslər Ermənistana dəvət olunacaq və bununla son illərdə diqqətdən kənarda qaldığı deyilən “erməni potensialı”nın bir araya gətirilməsi məqsədi güdülür.
Alpər Mövludoğlu
Ordu.az