Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
Nəşr qeyd edir ki, ictimaiyyət əsas müxalif siyasi qüvvələrin hansı kadr resursları ilə seçkilərə qatıldığı ilə maraqlanır.
Məqalədə bildirilir ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın rəhbərlik etdiyi “Hayastan” blokunda artıq müəyyən məsələlərə aydınlıq gətirilib.
“Past” qəzetinin mənbələrinin məlumatına görə, Ermənistanın daxili İşlər naziri vəzifəsinə namizəd artıq müəyyənləşdirilib. Nəşr iddia edir ki, söhbət hazırda fəaliyyət göstərən polis əməkdaşlarından birindən gedir.
Alpər Mövludoğlu
Ordu.az