Ermənistan parlamentinin iclası yetərsay olmadığı üçün təxirə salınıb

2026/05/1779777409.jpg
Oxunub: 563     10:32     26 May 2026    
Ermənistan parlamentinin hazırkı tərkibinin mayın 26-sı səhər keçirilməli olan iclası baş tutmayıb.

Ordu.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, buna səbəb yetərsayın olmaması olub.

Məlumata görə, 107 deputatdan yalnız 5-i iclasa qatılıb. Deputatların böyük hissəsinin hazırda seçki kampaniyası ilə məşğul olduğu bildirilir.

Qanunvericiliyə əsasən, deputatların toplanaraq iclas keçirməsi üçün əlavə 4 saat vaxt ayrılıb.

Xatırladaq ki, Ermənistan parlamentinin bu dördgünlük iclas gündəliyinə ümumilikdə 35 məsələ daxil edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Parlament  


Bizi "telegram"da izləyin