Rubio: “ABŞ və İran arasında sazişin razılaşdırılması bir neçə gün çəkə bilər”

2026/05/1779474361.jpg
Oxunub: 366     10:16     26 May 2026    
“ABŞ və İran arasında sazişin mətninin razılaşdırılması bir neçə gün davam edə bilər”.

Ordu.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Hindistanın Caypur şəhərində jurnalistlərə açıqlamasında deyib.

“Reuters” agentliyinin məlumatına görə, Rubio İranla saziş üzrə ifadələrin razılaşdırılmasının bir neçə gün çəkə biləcəyini bildirib.

ABŞ dövlət katibi həmçinin Yaxın Şərq boğazlarında, o cümlədən Hörmüz boğazında sərbəst gəmiçiliyin bərpasına çağırıb.

Onun sözlərinə görə, su dəhlizi bu və ya digər şəkildə açıq olacaq.

“Boğazlar açıq olmalıdır, onlar bu və ya digər şəkildə açıq qalacaq, buna görə də açıq olmalıdır”, - deyə Rubio vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubio   ABŞ   İran  


Bizi "telegram"da izləyin