Ordu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Məlumata görə, Marko Rubio erməni həmkarı ilə saat 15:30-da hava limanında görüşəcək. Sənədin imzalanma mərasimi isə saat 16:00-a planlaşdırılıb.
Bildirilib ki, imzalanacaq memorandumun məzmunu hələlik açıqlanmır.
Xatırladaq ki, Ermənistan Xarici İşlər Nazirliyi mayın 25-də Marko Rubionun İrəvana səfəri barədə məlumat vermişdi. Ermənistan XİN-in açıqlamasına əsasən, Mirzoyan və Rubio arasında keçiriləcək görüşün yekununda ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulur. Tərəflərin həmçinin mətbuata bəyanatlarla çıxış edəcəyi gözlənilir.
Qeyd edək ki, ABŞ dövlət katibinin İrəvana səfəri barədə məlumat yalnız bir gün əvvəl məlum olub. Bundan öncə səfərlə bağlı rəsmi açıqlama verilməmişdi. Marko Rubio İrəvana Hindistanın paytaxtı Nyu Delhidən gedəcək.
Alpər Mövludoğlu
Ordu.az