“İravunk”: Paşinyanı xoşagəlməz sürpriz gözləyir

2026/05/1779770265.jpg
Oxunub: 415     08:32     26 May 2026    
Ermənistanda seçkiqabağı siyasi proseslər fonunda Nikol Paşinyanın hakimiyyətini qorumaq imkanlarının zəiflədiyi iddia olunur.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.

Nəşrin məlumatına görə, Nikol Paşinyan həm əldə etdiyi operativ məlumatlardan, həm də seçki kampaniyası dövründə apardığı müşahidələrdən anlayır ki, “Vətəndaş Müqaviləsi” hakimiyyətini yenidən formalaşdırmaq üçün lazım olan səsləri toplamaq mümkün olmayacaq.

Məqalədə qeyd olunur ki, Paşinyanın əsas ümidlərindən biri seçki baryerini keçə bilməyəcək siyasi qüvvələrin “itirilmiş səsləri”dir.

“Bütün bunları nəzərə alaraq, seçkilərdə iştirak edən bir sıra siyasi qüvvələrin yaxın günlərdə Nikol Paşinyana xoşagəlməz sürpriz etməsi istisna edilmir. Onlar etiraz əlaməti olaraq seçkilərdən geri çəkilə bilərlər”, - deyə nəşr yazıb.

Məqalədə bildirilir ki, əgər bu ssenari baş tutarsa, onda seçkilərdə iştirak edən kiçik siyasi qüvvələrdən hansılarının həqiqətən müstəqil mövqedən çıxış etdiyi, hansılarının isə Paşinyanın “cib ehtiyat hissələri” rolunu oynadığı aydın görünəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin