“Hraparak”: Yepiskop Vrtanes Abrahamyan “radarlardan itib”

2026/05/1779769291.jpg
Oxunub: 364     08:21     26 May 2026    
“Qarabağ yeparxiyası”nın (qondarma-red.) “rəhbəri” yepiskop Vrtanes Abrahamyan son dövrlər ictimaiyyət qarşısında görünmür”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrin məlumatına görə, Nikol Paşinyanın tərəfinə keçən və II Qareginə qarşı çıxan 10 din xadimindən biri hesab olunan Abrahamyan artıq uzun müddətdir ictimai fəaliyyətdə görünmür.

Qeyd olunur ki, Qarabağdan (könüllü-red.) köç etmiş şəxslər onun haqqında məlumat sahibi deyil və o, rəhbərlik etdiyi yeparxiyanın İrəvandakı iqamətgahına getməyi də dayandırıb. Bildirilir ki, yeparxiya şurası və əməkdaşları tərəfindən arzuolunmaz şəxs hesab edilir.

“Qarabağla bağlı dini mərasimlər üçün Qarabağdan köç etmiş şəxslər hazırda “Yerablur”dakı kilsədə qulluq edən Ter Hovhannesə müraciət edirlər və onu öz dini rəhbərləri kimi qəbul edirlər.

Qarabağdan köç etmiş şəxslər II Qareginə müraciət edərək yepiskop Vrtanesin vəzifədən uzaqlaşdırılmasını və ya ən azından müvəqqəti əvəzləyici təyin olunmasını xahiş ediblər. Lakin onların müraciəti cavabsız qalıb.

Yeparxiya üzvlərinin fikrincə, II Qaregin mövcud vəziyyəti daha da gərginləşdirmək istəmir. Masis-Aştarak yeparxiyasında vəzifədən uzaqlaşdırılmış Gevorq Saroyan hakimiyyətin dəstəyi ilə qarışıqlıq yaradıb və hətta maliyyə məsələlərini idarə edir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Yepiskop   Kilsə  


Bizi "telegram"da izləyin