Paşinyandan komanda üzvlərinə: “Müxalifəti kompromatlarla amansız şəkildə məhv etmək lazımdır”

2026/05/1779768927.jpg
Oxunub: 352     08:14     26 May 2026    
Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” partiyasının daxilində yayılan məlumatlara görə, Nikol Paşinyan komanda yoldaşlarına müxalifətə qarşı kompromat kampaniyasının genişləndirilməsi ilə bağlı sərt tapşırıq verib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.

Nəşrin məlumatına görə, Paşinyan tərəfdarlarına müxalifət nümayəndələri ilə bağlı həm köhnə, həm də yeni qalmaqallı materialların tapılıb ictimai şəkildə yayılmasını tapşırıb.

Qeyd edilir ki, Paşinyan komanda üzvlərinə belə bir göstəriş verib: “Müxalifəti kompromatlarla amansız şəkildə məhv etmək lazımdır. Köhnə və yeni biabırçı hadisələri tapın, bunları ictimailəşdirərək rüsvay edin. Ayın 7-si gecəsi məğlubiyyətdən sonra zarımalıdırlar”.

“Hakimiyyət düşərgəsində seçkiöncəsi dövrdə müxalifətə qarşı informasiya hücumlarının daha da intensivləşdirilməsi planlaşdırılır”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin