Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti və “Hayastan” blokundan baş nazir postuna namizəd Robert Köçəryan mayın 25-də Zəngəzur vilayətinin Qarakilsə şəhərinin sakinləri ilə görüşü zamanı bildirib.
Seçkiqabağı görüş zamanı Qarabağdan könüllü köç etmiş və Köçəryan soyadlı bir erməni sakin Robert Köçəryanə müraciət edib. O bildirib ki, 2023-cü ildə yeddi nəfərlik ailəsi ilə birlikdə Qarakilsədə məskunlaşıb və Nikol Paşinyanın son vaxtlar Qafanda verdiyi təminatlardan ciddi narahatdır.
Buna cavab olaraq keçmiş emrəni prezident vurğulayıb ki, vaxtilə Paşinyan Qarabağa gələrək “Qarabağ Ermənistandır, vəssalam” deyirdi, lakin sonradan Ermənistan “fəlakətlə üzləşib”. Köçəryan qeyd edib ki, Qarabağın itirilməsi faktiki olaraq Paşinyanın parlamentdə “Qarabağ məsələsində planı aşağı salmaq lazımdır” bəyanatından sonra başlayıb.
Köçəryan bildirib ki, müxalifət Paşinyanın əsl niyyətlərini bildiyi üçün həmin dövrdə bir ay yarım ərzində Fransa meydanında fasiləsiz etiraz aksiyaları keçirərək cəmiyyəti mövcud təhlükə barədə xəbərdar edib.
Erməni siyasətçi qeyd edib ki, 2022-ci ildə müxalif qüvvələr kifayət qədər insanı toplamağa və inandırmağa nail ola bilməyib, etiraz hərəkatı zəifləyən kimi isə Paşinyan Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanındığı məşhur bəyanatı imzalayıb.
Köçəryan Paşinyanı erməni xalqının “əsl lənəti” adlandıraraq vurğulayıb ki, hazırda dövləti xilas etmək üçün kritik və həlledici məqam yetişib. O, Zəngəzur sakinlərini maksimum ayıq-sayıq olmağa, yaxın keçmişdən nəticə çıxarmağa və iyunun 7-də keçiriləcək seçkilərdə hakim “Vətəndaş Müqaviləsi” partiyasına heç bir şans verməməyə çağırıb.
Alpər Mövludoğlu
Ordu.az