Ordu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri və hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatlığa namizədlərinin proporsional siyahısına rəhbərlik edən Nikol Paşinyan mayın 25-də Gümrüdə keçirilən mitinq zamanı bildirib.
“Çoxları deyirdi ki, Ermənistanda parlament seçkilərinin nəticəsi “Gümrü-2” ssenarisi olacaq. Mən isə bir neçə ay əvvəl demişdim ki, “Gümrü-2” yox, “İnqilab-2” və “Gümrü-1” olacaq. “Gümrü-1” nə deməkdir? İyunun 7-də keçiriləcək seçkilərdən sonra demokratik və qeyri-zorakı inqilab arxamızdakı həmin binaya, Gümrü şəhər bələdiyyəsinə çatmalıdır”, - deyə Paşinyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az