Omanda 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib - FOTOLAR

2026/05/1779728185.jpg
Oxunub: 352     20:06     25 May 2026    
Maskat şəhərində Azərbaycanın Oman Sultanlığındakı səfirliyi tərəfindən 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul-ziyafət təşkil edilib.

Bu barədə Ordu.az-a Azərbaycanın Oman Sultanlığındakı səfirliyindən məlumat verilib.

Tədbirdə fəxri qonaq qismində Oman Sultanlığının Ticarət, sənaye və investisiyaların təşviqi naziri Ənvər bin Hilal bin Həmdun Əl-Cəbri, Oman dövlət və hökumət rəsmiləri, Xarici İşlər Nazirliyinin nümayəndələri, diplomatik korpusun üzvləri, Azərbaycan icmasının təmsilçiləri, iş adamları və media nümayəndələri iştirak ediblər.

Tədbirin rəsmi hissəsi Azərbaycan və Oman dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Açılış nitqi ilə çıxış edən səfir Rəşad İsmayılov Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, müasir Azərbaycanın inkişaf yolundan və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlardan bəhs edib. Azərbaycan-Oman münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.

Tədbir çərçivəsində Azərbaycanın turizm potensialını və tarixi-mədəni irsini əks etdirən videoçarxlar nümayiş olunub, milli musiqi proqramı təqdim edilib. Qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri və xatirə hədiyyələri təqdim olunub.






Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Oman   Azərbaycan  


Bizi "telegram"da izləyin