Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti, “Hayastan” blokundan baş nazir postuna namizəd Robert Köçəryan mayın 25-də Zəngəzur vilayətinin Qarakilsə şəhərinin sakinləri ilə görüşü zamanı bildirib.
Görüş zamanı erməni sakinlərdən biri siyasətçiyə müraciət edərək qeyd edib ki, seçki saxtakarlıqlarına bulaşmış və cəmi 10-12% dəstək toplayan hakim qüvvə cəmiyyətə məğlub olacağı halda belə hakimiyyəti təhvil verməyəcəyi fikrini təlqin etməyə çalışır.
Buna cavab olaraq Köçəryan vurğulayıb ki, hakimiyyətin xalqın iradəsinə qarşı atacağı istənilən addım onlar üçün məhvlə nəticələnəcək, çünki müxalifət ölkə üzrə bütün 2000 seçki məntəqəsində ciddi nəzarət təmin edəcək.
Alpər Mövludoğlu
Ordu.az