Tbilisidə Azərbaycanın Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə qəbul keçirilib

2026/05/Ekran-1779724716.jpg
Oxunub: 361     19:15     25 May 2026    
Tbilisidə Azərbaycan Respublikasının Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib.

Ordu.az-ın məlumatına görə, tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, deputatlar, hökumət üzvləri, diplomatik korpus nümayəndələri və ictimaiyyət təmsilçiləri iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycan və Gürcüstanın dövlət himnləri səsləndirilib.

Çıxış edən Faiq Quliyev Azərbaycan-Gürcüstan münasibətlərinin strateji xarakter daşıdığını bildirib və qeyd edib ki, Bakı-Tbilisi dəmir yolu əlaqəsinin bərpası çərçivəsində ilk qatar ki ölkə arasında əməkdaşlığın inkişafının göstəricisidir.

Diplomat həmçinin Azərbaycan və Gürcüstanın ortaq tarixi dəyərlərə malik olduğunu, regionda sabitlik və əməkdaşlığın gücləndirilməsi istiqamətində birgə fəaliyyət göstərdiyini bildirib.

Şalva Papuaşvili isə çıxışında Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.

O vurğulayıb ki, iki ölkə arasında münasibətlər qarşılıqlı hörmət, suverenlik və strateji tərəfdaşlıq prinsipləri əsasında inkişaf edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tbilisi   Azərbaycan   Müstəqillik-Günü  


Bizi "telegram"da izləyin