Ordu.az xəbər verir ki, bunu Ermənistanın məzuniyyətdə olan xarici işlər naziri Ararat Mirzoyan “NEWS.am”ın müxbirinin sualını cavablandırarkən deyib.
O bildirib ki, Ermənistan qarşıdakı Avrasiya İqtisadi Birliyi sammitinin işində iştirak edəcək.
“Bəli, iştirak edəcək”, - deyə Mirzoyan qeyd edib.
Qeyd edək ki, sammit mayın 28-29-da Astanada keçiriləcək.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın İrəvanın Avrasiya İqtisadi Birliyi üzrə qarşıdakı tədbirlərdə iştirak edəcəyinə ümid etdiyini bildirmişdi.
Bundan əvvəl isə Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk Nikol Paşinyanın sammitdə şəxsən iştirak etməmək qərarının onun prioritetlərini necə müəyyənləşdirdiyini göstərdiyini demişdi.
O, həmçinin tədbir zamanı Ermənistanın Avrasiya İqtisadi Birliyindəki statusu məsələsinin də müzakirə olunacağını qeyd etmişdi.
Alpər Mövludoğlu
Ordu.az